Azərbaycan filmi “Oskar”a namizəd oldu

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Xarici Filmlərin Amerika Kino Akademiyasının "Oskar” Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komisisyanın növbəti iclası keçirilib.
İttifaqın mətbuat xidmətindən42-CiParalel.az-a verilən xəbərə görə, iclasda bir sıra məsələlər müzakirə olunub. O cümlədən, komissiyanın qərarı ilə kinorejissor İlqar Nəcəfin "Nar Bağı” filminin Amerika Kino Akademiyasının "Oskar” Mükafatına xarici dildə ən yaxşı film nominasiyasına namizədliyi təqdim edilib.