Sultan Süleymanın məzarı Macarıstanda "tapılıb"

{title

42-ciparalel.az
 

Macarıstanın Zigetvar şəhəri yaxınlığında Sultan Süleymanın məzarının tapıldığı açıqlanıb.

Türkiyənin Budapeştdəki səfiri Şakir Fakılı, Türkiyə İşbirliyi və Koordinasiya Agentliyi yetkililəri və Macarıstan alimlərinin iştirak etdiyi bir mətbuat konfransında, havadan və qurudan aparılan təhqiqatlar nəticəsində məzarın Zigetvar Üzüm Təpəsində tapıldığını bildirib.

Macar və türk alimlərindən ibarət komitənin əldə etdiyi tapıntıları, professor Norbert Pap açıqlayıb.

O, təpədə yalnız türbənin yox, türbənin ətrafındakı kiçik Osmanlı qəsəbəsinin də izlərinin aşkar olunduğunu deyib.

1566-cı ildə Zigetvar döyüşlərindən həlak olmuş Osmanlı sultanı Süleymanın daxili orqanları Zigetvarda dəfn edilmiş, cəsədi isə İstanbula göndərilmişdi.

Sonradan onun qəbri türbəyə çevrilsə də, illər ərzində yerə qarışaraq, yox olmuşdu. İtmiş məzarı tapmaq üçün bir neçə il öncə komitə yaradılmışdı.