Mona Lizanın sirri tapıldı

42-ciparalel.az
Alim rəssamın əl işinin öyrənilməsi üçün 10 il vaxt sərf edib. Əfsanəvi rəssam Leonardo da Vinçinin rəsmi"Mona Liza” əsərinin altında daha bir portret tapılıb. Bu haqda fransalı alim Paskal Kot bildirib. Alim, əfsanəvi italiyalı rəssamın əl işinin öyrənilməsi üçün 10 il vaxt sərf edib. Lakin əsərin saxlanıldığı Luvrda Kotun kəşfini şərh etməkdən imtina ediblər. Kot öz araşdırmalarında "sahələrin gücləndirilməsi” texnoloqiyasından istifadə edib.

Paskal Kot - alim
"Mona Liza" dünyada ən məşhur və mükəmməl rəsm əsərlərindən biri sayılır. Leonardo da Vinçinin çəkdiyi bu rəsm əsərində təsvir edilmiş "sirli təbəssüm" bu gün də mütəxəssisləri və sənətsevərləri valeh edir. Rəssam əsər üzərində işə 1503-ci ildə başlayıb və onu bir neçə ildən sonra tamamlayıb.