Bakı Musiqi Akademiyasında konsert

42-ciparalel.az
Dekabrın 9-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında professor Ülviyyə Hacıbəyovanın sinfinin fortepiano duetinin konserti keçiriləcək. Konsertdə beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Vurğun Vəkilov, Atabala Manafzadə, Lalə Məhərrəmova və Arzu Əsgərlinin ifasında V.A.Motsart, P.İ.Çaykovski, D.Miyo, S.Raxmaninov, D.Şostakoviç və Q.Qarayevin klassik əsərləri ifa olunacaq.