Fəxriyyə Xələfova, Gülnarə Xəlilova və Günay Türkiyədə

{title

42-ciparalel.az

 

İstanbulda əfsanəvi dizayner, Türkiyə modasının tanınmış siması Yıldırım Mayrukun yaradıcılıq fəaliyyətinin 50 illiyinə həsr edilmiş dəfilə keçirilib. 2016-cı il mövsümü üçün hesablanmış kolleksiya gecənin qonaqları tərəfindən maraqla qarşılanıb. Dəfilənin əsas modeli "Best Model of Azerbaijan"ın qalibi Günay Musayeva olub.

 

Azərbaycandan dəvət edilmiş fəxri qonaqlar arasında tanınmış modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova da olub. G. Xəlilova dəfilə haqqında təəssüratlarını bölüşüb: "Türkiyə modasının yaradıcısından mənim haqqımda xoş sözləri eşitdiyimə görə şadam. Bizim çox isti və ailəvi mehriban münasibətlərimiz yarandı. Bir neçə ay əvvəl o məni özünün kolleksiyasına dəvət edəcəyini demişdi. Məmnuniyyətlə bu təklifi qəbul etdim. İstanbuldakı gecə çox möhtəşəm idi və tamaşaçılar əfsanəvi dizayneri və onun füsunkar kolleksiyalarını uzun müddət alqışladılar”.

 

Xatırladaq ki, fəxri qonarlar arasında əməkdar incəsənət xadimi, modelyer dizayner Fəxriyyə Xələfova da olub.