"Avroviziya 2016" Türkiyəsiz keçəcək

{title

42-ciparalel.az
 
İştirakçıların siyahısı məlum oldu.
İsveçin paytaxtı Stokholmda keçiriləcək "Avroviziya-2016" beynəlxalq mahnı müsabiqəsində 43 ölkənin iştirak edəcəyi təsdiqlənib. Bu barədə müsabiqənin rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.

Bu dəfə müsabiqəyə bir illik fasilədən sonra Ukrayna qayıdıb. Sonuncu dəfə 2012-də yarışda iştirak edən Bosniya və Herseqovina həmçinin ilk dəfə 2014-də iştirak edib və 5-ci yeri qazanan Avstraliya "Avroviziya 2016" iştirak etmək imkanı əldə edib.

Mons Zelmerlov - "Avroviziya 2015” mahnı müsabiqəsinin qalibi

Beləliklə, müsabiqədə bu ölkələr iştirak edəcək: Azərbaycan,Albaniya, Avstraliya, Avstriya, Almaniya, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, İsveç, Fransa, Makedoniya, Gürcüstan, Ermənistan, Yunanıstan, Macarıstan, İrlandiya, İslandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova. Çernaqoriya, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, San Mario, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, Ukrayna və Böyük Britaniya.

Türkiyə "Avroviziya 2016" iştirak etməyəcək.

Elnur Hüseynov

Qeyd edək ki, "Avroviziya 2015” mahnı müsabiqəsinin qalibi İsveç təmsilçisi Mons Zelmerlov olub. Azərbaycanı təmsil edən Elnur Hüseynov isə müqabiqədə "Hour of the wolf” mahnısı ilə 12-ci yeri tutub. Elnur Hüseynov Avstriyanın paytaxtı Vyanada keçirilən mahnı müsabiqəsinin final mərhələsində iyirmi dördüncü nömrə altında çıxış edib. O, müsabiqədə İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer, Lina Hansonun bəstələdikləri "Hour of wolf” mahnısını ifa edib.