Rəssam Vüsal Rəhimin nümayiş etdirdiyi gəlinciklər permli valideynləri hiddətləndirib (VİDEO 18+)

{title

42ci-paralel.az
 
Rusiyanın Perm prokurorluğu PERMM muzeyində azərbaycanlı rəssam Vüsal Rəhimin nümayiş etdirdiyi gəlinciklərlə bağlı araşdırma başlayıb. Sərgi izləyiciləri həmin gəlinciklərlə bağlı şikayət ediblər. Permlilərin firkincə, göstərilən bəzi gəlinciklər "zorakılığı, seksual və moral əxlaqsızlığı, pedofilliyi, uşaq pornoqrafiyasını təbliğ edir, cəmiyyətin və dövlətin əxlaqi dayaqlarını dağıdır".

Bundan başqa, "Şəkər dağları, neft sahilləri" adlı sərgidə yaş məhdudiyyətinin olmaması gəlinciklərin uşaq bağçalarıda da daxil olmaqla digər qurumlarda fəal şəkildə reklam olunmasına şərait yaradıb.

8-15 noyabr tarixlərində keçirilən sərgi Rusiyanın Perm vilayətinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib. 

Sərginin mövzusu haqqında danışarkən təşkilatçılar bildiriliblər ki, kompozisiyalar özündə bir neçə mövzunu ehtiva edir; şəxsi ekzistensiya (mövcud olma), Azərbaycan cəmiyyətində qadının və kişinin rolu, mədəni özünümüəyyənetmə və qərb mədəniyyətinə inteqrasiya haqqında "əbədi sual". 

Sərgi başa çatsa da, valideynlər şikayətlərində israr edirlər. Onlar əllərindəki foto şəkilləri və broşürləri prokurorluğa təqdim edərək övladlarını bu cür tədbirlərdən qorumağı tələb edirlər. 7-15 noyabrda muzey ziyarətçiləri arasında olan uşaqların valideynləri petisiya yaradıblar . 

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İcamaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov PERMM muzeyindəki sərgi ilə bağlı bildirib ki, bu tədbirdə iştirak etməklə bağlı hər hansı rəsmi müraciət, təklif və yaxud da tədbir haqqında məlumat daxil olmayıb. 

"Azərbaycanlı rəssamlar birbaşa olaraq Permdəki rəsmi qurumlara və muzeyə müraciət etməklə həmin sərgidə iştirak ediblər", - deyə nazirlik rəsmisi əlavə edib.

Sərgidə nümayiş etdirilən gəlinciklər


PERMM müasir incəsənət muzeyinin art-direktoru Nailə Allahverdiyeva Rusiyanın yerli teleekanallarına müsahibəsində "şəkər dağları, neftli sahillər" sərgisindən danışıb. "Bu, həqiqətən, fərqli sistemdir. Buradakı dəyərlər, məncə, ətraf-mühitlə bağlıdır. Burada peşəkarlarla yanaşı, gənc rəssamların da əl işləri nümayiş etdirilir", - deyə o bildirib.

Sərginin reklam tablosu