Azərbaycanlı rəssamın əsəri yarım milyona satılacaq (FOTO)

{title

42-ciparalel.az
 

Hərrac dekabrın 1-də Londonda keçiriləcək.

Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun əsəri Sotheby’s həracına çıxarılacaq. 

Xalq rəssamının "Aydan” adlı əsəri Londonda Sotheby’s hərracında satılacaq. Əsər yarım milyon dollara qiymətləndirilir. Hərrac dekabrın 1-də keçiriləcək. Portretdə rəssam balaca qız uşağı atın belində olduğu təsvir olunub. 

"Aydan” əsəri

Tahir Salahovun qızı Aydan Salahova da tanınmış rəssamdır. Onun əsərlərinə həm xüsusi, həm də dövlət tədbirlərində, o cümlədən, Rusiya Dövlət Tretyakov QalereyasıMoskva Müasir İncəsənət Muzeyi və digər məkanlarda rast gəlinir. "Mənə rəssam olmaq qalereya müəllifi olmaqdan daha münasibdir" deyən Salahova həmçinin onu da bildirib ki, artıq 2000-ci ildən Moskva Dövlət Rəssamlıq İnstitutunda müəllimliklə də məşğuldur. 

Aydan Salahova 

Bir həftə bundan əvvəl ispan rəssamı Pablo Pikassonun fırça yatağı ilə çəkilmiş "Müğənni Kabare” (La Gommeuse) Sotheby's hərracında 67,5 milyon dollara alıcı tapıb.