Azərbaycanlı stilist qazandığı pulların miqdarını açıqladı

Hər zaman gündəmdə qalmağı bacaran stilist Samiraldo bu dəfə də ənənəsinə sadiq qalıb. SİA-ya açıqlama verən stilist geyim tərzini dəyişməsinin səbəbini açıqlayıb: "Hər dəfə rəngarəng geyimlərdən istifadə edirdim. Artıq qarderobumu yeniləmişəm. Tamaşaçıları bezdirmək istəmirəm. Hazırda Carli Caplin və Michael Jackson kimi məşhurların geyim tərzinə üstünlük verirəm. Çox da uğurlu alınır. Ağ-qara geyinib, insanların sevgisini qazanıram"Stilist müğənni Xatirə İslamın onun ünvanına dediyi sözlərə də münasibət bildirib: "Xatirə xanım bir çox saytlarda açıqlama verib ki, "Mən müğənni ola-ola külli miqdarda sosial şəbəkələrdən pul qazana bilmirəm. Samiraldo necə qazanır? Camaatı niyə aldadır?" Xatirə xanıma demək istəyirəm ki, milləti mənim üstümə qaldırmaq lazım deyil. Mən olan məqamı demişəm ki, telefon mağazalarının birini reklam edəcəm. Həmin telefon şirkəti də onları reklam etdiyim üçün qarşılığında 6500 manata dəyəri olan telefon hədiyyə verəcəklər. Bundan başqa da "İnstagram" səhifəmdə diş klinikalarının birini reklam etdiyim üçün 15000 manatlıq müalicəni mənə pulsuz etdilər. Odur ki, mən xalqımı əsla aldatmaram".