Prezident Polad Bülbüloğlunu aeroportda qarşıladı

{title

Dağıstan prezidenti Ramazan Abutalıbov Mahaçqala aeroportunda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb.
Polad Bülbüloğlu Dağıstana bəstəkar Murad Kajlayevin 85 illik yubiley tədbirində iştirak etmək üçün gedib.
Söhbət əsnasında Ramazan Abutalıbov Azərbaycan prezidenti İlham Əliyevə Dağıstan və dağıstanlılara göstərdiyi diqqətə görə təşəkkürünü çatdırıb.
Prezident qeyd edib ki, Mahaçqalada Əziz Əliyevin adına heykəl qoyulacaq və eyni adlı meydan da salınacaq. "Polad Bülbüloğlu bizim üçün təkcə səfir deyil, o, eyni zamanda SSRİ-nin görkəmli mədəniyyət xadimidir”,- deyə o, əlavə edib.
Polad Bülbüloğlu isə öz növbəsində vurğulayıb ki, İlham Əliyev artıq Murad Kajlayevdən Dağıstana gəlmək və sözügedən tədbirlərdə iştirak etmək üçün dəvət alıb.
"Prezident bu dəvəti olduqca istiqanlı şəkildə qəbul edib. Çünki İlham Əliyev Murad Kajlayevin valideynlərini belə tanıyır. Bundan əlavə, Kajlayev Azərbaycan prezidenti tərəfindən "Dostluq” ordeni ilə də təltif olunub”.
 
 

 

42-ciparalel.az