"Oskar-2016"nın namizədləri elan olundu

{title

Los-Ancelesdə baş tutan mərasimlə "Oskar-2016”nın builki nominantlarının adları açıqlanıb.


42-ciparalel.az xarici mətbuata istinadən xəbər verir ki, bu il siyahıya Leonardo DiKaprio, Keyt Uinslet, Maykl Fassbender, Keyt Blanşett, Alisiya Vikander kimi tanınmışlar da düşüb. Mükafatlandırma mərasimi fevralın 28-də Hollivudda baş tutacaq.

Nominantların siyahısı isə belədir:

 

Ən yaxşı film:

"Marslı” ("The Martian”) "Azalan oyun” ("The Big Short”)

"Ağılsız Maks: qəzəbin yolu” ("Mad Max: Fury Road”)

"Sağ qalmış” ("The Revenant”)

"Otaq” ("Room”)

"Diqqət mərkəzində” ("Spotlight”)

"Casuslar körpüsü” ("Bridge of Spies”)

"Bruklin” ("Brooklyn”)

 

Ən yaxşı kişi rolu

Leonardo DiKaprio - "Sağ qalmış”

Brayan Krenston – "Trambo” ("Trumbo”)

Maykl Fassbender – "Stiv Cobs” ("Steve Jobs”)

Eddi Redmeyn – "Danimarkadan olan qız” ("The Danish girl”)

Mett Deymon – "Marslı”

 

Ən yaxşı qadın rolu

Keyt Blanşett – "Kerol”

Bri Larson – "Otaq”

Sirşa Ronan – "Bruklin”

Cennifer Lourens – "Coy” ("Joy”)

Şarlotta Remplinq – "45 yaş” ("45 years”)

 

İkinci planda ən yaxşı kişi rolu:

Tom Hardi – "Sağ qalmış”

Mark Raylans – "Casuslar körpüsü”

Silvestr Stallone "Krid: Rokki irsi” ("Creed”)

Kristian Beyl – "Azalan oyun”

Mark Ruffalo – "Diqqət mərkəzində”

 

İkinci planda ən yaxşı qadın rolu:

Cennifer Ceyson Li – "İyrənc səkkizlik” ("The Hateful Eight”)

Alisiya Vikander – "Danimarkadan olan qız”

Keyt Uinslet – "Stiv Cobs”

Reyçel MakAdams – "Diqqət mərkəzində”

Runi Mara – "Kerol”

 

Ən yaxşı rejissor

Adam MakKey – "Azalan oyun”

Corc Miller – "Ağılsız Maks: qəzəbin yolu”

Alexandro Qonsales İnyarritu – "Sağ qalmış”

Lenni Abrahamson – "Otaq”

Tom MakKarti – "Diqqət mərkəzində”

 

 

42-ciparalel.az