Leyla Əliyevanın Bakı sevgisi

{title

42-ciparalel.az

Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən "Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimatı keçirilib.
 
Heydər Əliyev Mərkəzində baş tutan primyerada layihənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, filmin yaradıcı heyəti, sənət dünyasının tanınmış isimləri və ictimai-siyasi xadimlər iştirak edib. "Mosfilm” kinokonsernində istehsal olunan ekran əsəri 10 novella əsasında çəkilmiş qısametrajlı filmlərdən ibarətdir. 

Layihənin prodüseri Yeqor Mixalkov-Konçalovski ekran işini yaradıcılığının "Şah əsəri” adlandırıb: 

"Bizim möhtəşəm, beynəlxalq tərkibli komandamız var idi. İngilis, italiyalı, 3 rus və 5 azərbaycanlı fərqli mədəniyyətlərdən olan refissorlar müxtəlif yanaşmalı, peşəkar və incəsənət baxışlı insanların bir araya gəlməsi filmi daha da zənginləşdirdi. Ona görə filmi ərsəyə gətirmək heç də asan başa gəlmədi. Ancaq buna çox şad olduq”. 

"Bakı mən səni sevirəm” kinonovellasına daxil olan qısametrajlı filmlər "Aziya”, "Görüş”, "Rəssam”, "Həyət”, "Bəhram Gur”, "Xəzər Atlantidası”, " Lotereya bileti” "Sevgi haqqında”, "Aysel”, və "Hadisə 6” ssenaristin müəllifliyi ilə 10 rejissor tərəfindən ekranlaşdırılıb. Ekran əsərində Azərbaycanın xalq artistləri ilə yanaşı Özbəkistandan dəvət olunmuş aktyor və aktrisalar da çəkiliblər.

Aktyor Şamil Süleymanov filmə baxanda Bakını tanımayıb. Çünki, filmdə təqdim olunan Bakı daha cavan və gözəl alınıb.

Filmin hazırlıq prosesinə 2011-ci ilin noyabrında start verilib. Çəkiliş prosesi isə 2012-ci il martın 12-dən başlayıb. Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. İnsanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən filmin baş qəhrəman isə Bakı şəhəridir. Film həm də aktyor və rejissorların nəzərində Bakıya bir sevgi etirafıdır.