Diva "donuz qripi" oldu

Artıq həkimlər Bülənt Ərsoyun müalicəsinə başlayıblar.
Həkim son günlərdə "donuz qripi” ilə bağlı müraciətlərin çoxaldığını bildirərək Bülənt Ərsoyun da müalicəsinə başlanıldığını söyləyib. O bildirib ki, təcili müalicəyə başlanılıb. Bütün lazımi tədbirlər görülüb və onun vəziyyətinin ağır olmasına baxmayaraq həyati təhlükəsi yoxdur.
Bülənt Ərsoy - türkiyəli müğənni
Bülənt Ərsoydan sonra anası ilə sürücüsü də eyni şikayətlərlə xəstəxanaya yatırılıb. Anasının vəziyyətinin bir qədər ağır olduğunu deyən həkim, müğənninin hazırkı analizlərinin "donuz qripi” əlamətləri ilə üst-üstə düşdüyünü, lakin tam dəqiq cavabların bu axşam bəlli olacağını deyib.
Sənətçinin hazırkı vəziyyətini stabil dəyərləndirən həkim onun tezliklə evə buraxılacağına ümid etdiyini bildirib.
Dünən Bülənt Ərsoyun prodüseri "Söyləməsəm, olmaz” verilişində müğənninin xəstələndiyini və "donuz qripi” riski olduğunu demişdi. Müğənninin özü də verilişə zəng vuraraq xəbəri təsdiqləyib.

42-ciparalel.az