• Maraqli
  • 30-11-2015, 17:38
  • 583Oxunub

İçkinin təsirindən ayılmağın - Yolları

{title

42-ciparalel.az
 
Axşamkı böyük əyləncədən və çoxlu spirtli içki qəbulundan sonra səhərlər özünə gəlmək çətin olur. 

"Poxmel” insan sanki bütün gününü boşuna sərf etmiş olur. Əgər siz də axşamdan qalmasızsa, bu tövsiyələrə əməl edin. 

Çoxlu su için. Spirt bədəni qurutduğu üçün bol maye qəbul etmək lazımdır. Axşam hər qədəhdən sonra bir stəkan, ertəsi gün isə 2, ya 3 litr su qəbul edin. Hindistan qozu suyu da "paxmel” olanlar üçün çox uyğundur. Suyunuza bir az dəniz duzu və limon da əlavə edə bilərsiz . Yaşıl meyvə və tərəvəzlərin suyu da elektrolit tərkibli olduğu üçün tövsiyə edilir. 

B vitamini qəbul edin. Spirt bədəndəki vitaminləri öldürür. B vitamini detoks qaraciyər yolları üçün fayalıdır. Ertəsi gün B vitamin kompleksi qəbul etməniz faydalı olacaq. 

Bir çox insan "poxmel” olduğu üçün ertəsi gün daha çox hamburger, "fast food”lar yeyir. Ancaq bu, yanlışdır. Daha sağlam qidalanın, səhər yeməyi üçün yumurta, avokado, ispanaq yeyin. 

Spirtli içki içmədən əvvəl yemək yeyin. Mədə boş olmamalıdır. Spirtli içkidən əvvəl qəhvə içmək olmaz. Qaraciyərə yüklənərək özünüzü daha pis hiss etmənizə səbəb olar. 

Brokoli, kələm, brüksel yeyin. Limon və dəniz duzu ilə hamarlanan rəndələnmiş kök də qaraciyərə faydalıdır. 

Tərləyin. Ertəsi gün yüksək tempdə idman edərək tər tökün. Yoqa da axşamdan "paxmel” qalanlara faydalıdır. 

Üzün. Üzmək edə biləcəyiniz ən yaxşı şeydir.