• Maraqli
  • 28-11-2015, 21:42
  • 238Oxunub

Pişik İsveçdən Fransaya 1700 kilometr yol qət edib

{title

42-ciparalel.az
 
Onun Fransaya getmə səbəbi hələ də məlum deyil.
Pişik İsveçdən Fransaya 1700 kilometr yol qət edib.

Qlitter adlı təxminən 9 yaşı olan bir pişik İsveçdən, öz evindən Fransaya gedib. Pişiyin oraya necə gəldiyi haqqında hələ ki, dəqiq informasiya yoxdur. Sadəcə, bir müddət əvvəl Qlitterin yaşadığı ünvandan itkin düşdüyü deyilir.

Pişiyin sahibi Semmi Karlson İsveçin Brumella şəhərində yaşayır. Onun sözlərinə görə, Qlitter arada evdən gedirdi, amma bir həftədən sonra həmişə geri qayıdırdı. Amma bu dəfə o, evdən gedib və bir daha geri qayıtmayıb. Semmi pişiyi üçün narahat olmağa başlayıb. 

Bu günlərdə isə Fransanın cənubunda yerləşən Nim şəhərindən Karlsona zəng vuraraq, Qlitter adlı pişiyinin olub-olmadığını soruşublar. İsveçli əvvəlcə buna inanmayıb, daha sonra pişiyinin şəklini ona göndəriblər və o, həqiqətən tapılan pişiyin Qlitter olduğunu görüb və məəttəl qalıb. 

Qlitter və onun sahibi haqqında məlumatlar pişiyin boynuna salınmış xaltanın altında yazılıb. Güman edilir ki, pişik Fransız turistlərinə qoşularaq oraya gedib. Karlson öz pişiyinə gələn ildə qovuşmağı ümid edir.