• Maraqli
  • 22-11-2015, 00:17
  • 202Oxunub

Ronaldo: "İrina Şeyk ilə münasibətim əhəmiyyətsiz olub." ( VİDEO )

{title

42-ciparalel.az
 
Kriştiano Ronaldo keçmiş sevgilisi İrina Şeyk haqqında danışıb.  "Real Madrid”in ulduz futbolçusu Kriştianu Ronaldo həyatından bəhs edən "Ronaldo” filmində 5 illik keçmiş sevgilisi İrina Şeykdən heç bir məlumat olmaması məsələsinə aydınlıq gətirib. Filmdə model haqqında məlumatın yer almaması böyük marağa səbəb olub.

Futbolçunun bu suala cavabı gözlənilməz olub. O, İrina Şeyk ilə münasibətini əhəmiyyətsiz adlandırıb.

"Həyat uğurlu və uğursuz dövrlərdən ibarətdir. Hətta elə dövr olur ki, ümumiyyətlə vacib deyil". 

Filmin rejissoru Entoni Vonke də İrina haqqında filmdə məlumat olmaması barədə danışıb: 

"Biz İrina ilə bir neçə səhnə çəkdik , hətta bir yerdə nahar etdik. Lakin film çox qısadır."

Bir neçə gün öncə Londonda Kriştianu Ronaldo haqda çəkilən sənədli filmin təqdimat mərasimi keçirilib.

Kinolentin rejisoru Entoni Vonke film üzərində 14 ay işləyib. Rejissorun fikrincə bu lent tamaşaçıya Ronaldonu futbolçu kimi deyil, həm də yaxşı ata və oğul kimi də tanıda biləcək.
 
 
Ronaldo haqqında çəkilən sənədli filmin treyleri

Portuqaliyalı futbolçu ilə rusiyalı modelin məhəbbəti 2010-cu ildən 2015-ci ilə kimi olub.