ABŞ-da bütöv bir şəhər satışa çıxarılıb

ABŞ-ın Corciya ştatında Tumsboro adlı şəhər satışa çıxarılıb. Virtualaz.org xəbər verir ki, bu barədə elan "Craigslist” saytında yerləşdirilib.
Bildirildiyinə görə, şəhərlə birlikdə alıcı nəinki yaşayış evlərini, eyni zamanda restoranları, otelləri və hətta opera teatrını da əldə edəcək. Şəhərin qiyməti 1,7 milyon dollar müəyyən olunub ki, bu da Nyu-Yorkun nüfuzlu rayonlarında adi mənzilin qiymətinə bərabərdir.
Tumsboro XIX əsrin ikinci yarısında yaranıb. 2000-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə 472 nəfər yaşayır.42-CiParalel.Az