Yeni ildə neçə gün iş olmayacaq?

Yeni ildə Azərbaycanda 5 gün qeyri-iş günü olacaq.
42-CiParalel.az xəbər verir ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü, yanvarın 1-2-si Yeni il qeyd ediləcək.
Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən yanvarın 3-də də iş olmayacaq. Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, dekabrın 30-dan yanvarın 3-dək - 5 gün qeyri-iş günü olacaq.
Yanvarın 4-ü 2018-ci ilin ilk iş günüdür.