• Maraqli
  • 6-11-2017, 22:16
  • 122Oxunub

Ermənistan vətəndaşı Azərbaycandakı qayğını sosial şəbəkədə paylaşdı

{title

Erməni Feysbuk istifadəçisi ehtiyatda olan azərbaycanlı general-leytenant Yaşar Aydəmirovun fotosunu paylaşıb.

42-Ciparalel.az publika.az-a istinadən xəbər verir ki, fotoda general-leytenant Yaşar Aydəmirov şəhid anasının əlini öpür. Belə ki, xüsusi tapşırıqla Ermənistana göndərilən kəşfiyyat qrupu ilə bağlı bu il noyabrın 1-də Azərbaycan Texniki Universitetində keçirilən anım tədbirində çəkilib. Şəhid kəşfiyyatçının anasına medal təqdim edən general-leytenant ehtiram əlaməti olaraq onun əlindən öpərək, qarşısında baş əyir.

 

Erməni Feysbuk istifadəçisi Haykaz Gevorgyan isə fotonun "Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil" başlığı ilə paylaşıb.