• Maraqli
  • 14-11-2015, 15:46
  • 155Oxunub

BlackBerrinin yeni modeli medyaya sızdırıldı

{title

42-ciparalel.az
 
BlackBerri "QWERTY" klaviatura xüsusiyyəti daşıyan ikinci bir android telefon hazırlayır.
 
BlackBerrinin maraqlı dizaynı ilə diqqət çəkən smartfonu "BlackBerry Passport"un tezliklə android versiyasının buraxılacağı söz-söhbətləri daha əvvəl gündəmdə yer almışdı.
 
BlackBerri, sürüşdürülərək gizlədilən klaviaturaya sahib ilk android modeli "Priv"in əksinə olaraq bu dəfə görünən "QWERTY" klaviatura xüsusiyyəti daşıyan ikinci bir android telefon hazırlayır.
 
Bəhs etdiyimiz telefonun kod adı "Vienna"dır. Əvvəlki modelin kod adının "Venice" olduğunu düşünsək yeni adın olduqca məntiqli olduğunu görürük ( məşhur Avropa şəhərləri Vyana və Venesiya ). "CrackBerri"nin medyaya sızdırdığı BlackBerry, "Vienna"nın son dizaynı olmaya bilər, amma BlackBerry "Priv" modeli kimi Premium bir dizayna sahib deyil. Bu modelin daha ucuz bir məhsul olacağını düşünülür.