• Maraqli
  • 3-09-2017, 11:50
  • 343Oxunub

Niderlandda üzən adalar yaradılacaq - FOTO

{title

Niderlandda şəhərlərdə yaranmış yüksək əhali sıxlığının aradan qaldırılması məqsədilə üzən adalar meydana gələcək.

42-CiParalel.az AZƏRTAC-a istinadla bildirir ki, bunun üçün mühəndislər üzən adalardan istifadə etməyi təklif ediblər. "MARIN” adlanan bu adalar bir-birinə modul üsulu ilə birləşdirilimiş üçbucaqlardan ibarətdir.

Ölkə mühəndisləri bəyan edirlər ki, modul üsulu ilə yaradılmış adaların diametri hətta 5 kilometrədək çata bilər.

Süni adalarda ofşor evlər, müxtəlif ictimai təşkilatlar üçün binalar, enerji və dəniz yosunu istehsal edən zavodlar və sair inşa etmək mümkündür.