• Maraqli
  • 18-08-2017, 22:07
  • 216Oxunub

Keçmiş prezidentin limuzini satışa çıxarıldı

{title

 

Rusiyanın ilk prezidenti Boris Yeltsinin rəsmi və şəxsi görüşlərə gedərkən istifadə etdiyi zirehli limuzin "Mercedes-Benz S-klasse Trasco Bremen"  19,7 milyon rubla  Sankt-Peterburqda satışa çıxarılıb. 

42-CiParalel.az Rusiya saytlarına istinadən xəbər verir ki, avtomobilin satış elanında bu sözlər qeyd edilir: "Avtomobildə sürücü ilə birlikdə Boris Yeltsin gəzib. Bizə avtomobili Dövlət Dumasının millət vəkili  xüsusi dayanacaqdan gətirib. Qiymətin münasib olduğunu hesab edirik və artırmağı düşünmürük". 

O da məlum olub ki, avtomobil əla vəziyyətdədir. Avtomobilin yürüşü 60 min kilometr təşkil edir. Limuzinin xüsusi sifarişlə yığıldığı bildirilir. 

Xatırladaq ki, B.Yeltsinin istifadə etdiyi digər "Mercedes-Benz S-klasse III" (W140) avtomobili bir müddət əvvəl  33 milyon rubla satılmışdı.