• Maraqli
  • 18-06-2017, 12:22
  • 285Oxunub

Efiopiyada unudulmuş şəhər aşkarlanıb – FOTO

{title

 

Şəhərin içində XII əsrə aid məscid tapılıb.

Britaniya arxeoloqları Efiopiyanın şərqində unudulmuş Harla şəhərini aşkarlayıblar.

42-CiParalel.Az istinadən xəbər verir ki, bu barədə "BBC” xəbər yayıb.

Xəbərdə bildirilir ki, şəhər eramızdan əvvəl X əsrdə salınıb. Şəhərin içində XII əsrə aid məscid tapılıb. Arxeoloqlar iddia edirlər ki, Harla vaxtilə ən böyük şəhərlərdən biri olub.

Britaniyanın Eksetersk universitetinin professoru Timoti İnsol bildirib ki, Harla regionun sənət və ticarət mərkəzi olub. Onun sözlərinə görə, şəhərin sənətkarları bijuteriya və zərgərlik məmulatlarının hazırlanması ilə ixtisaslaşıblar.

Harlanın əhalisi müxtəlif xalqlardan ibarət olub. Burada əcnəbilər də məskunlaşıb.

Arxeoloqlar sakinlərin nə ilə qidalandıqlarını öyrənmək üçün yerli qəbiristanlığın təxminən 300 cəsədinin analizini keçirəcəklər. Qazıntılar gələn il davam etdiriləcək.