Ana meymun balası üçün belə göz yaşı axıtdı- ÜRƏK DAĞLAYAN

Ana meymun balası üçün belə göz yaşı axıtdı.
42-CiParalel.Az xarici mediaya istinadən xəbər verir ki, Hindistanda 31 yaşındakı fotoqraf Avinas Lodhi Madhya Prades şəhərində bir ana meymunun balası üçün ağlaması anı onun obyektivinə tuş gəlib. Fotoqrafçılıq karyerində heç vaxt belə bir foto çəkmədiyini deyən Lodhi fotonu çəkdikdən sonra bir saat danışa bilməyib. Ana meymunun özündən getmiş balasını qucağına alaraq ağladığı səhnə fotoqrafın da ürəyini dağlayıb. Fotonu çəkdikdən sonra ana meymunun yanına digər meymunların da gəldiyi bildirilir. Bir neçə dəqiqə sonra isə bala meymun özünə gələrək ayılıb. Lodhi foto haqqında bunları deyib: "Hər şey o qədər tez oldu ki, fotonu çəkdiyim an nə oldu bitdi bilmədim. Anladığım odur ki, bir saata yaxın danışmadım. Belə bir məqama rast gəlmək olmur. Xüsusən də heyvanlar arasında”.
42-CiParalel.Az ürək dağlayan həmin fotonu təqdim edir: