• Maraqli
  • 22-03-2017, 13:58
  • 237Oxunub

Dünyanın ən qoca milyarderi öldü

{title

[r32]
2017-03-20T23:26 xeber – Dünyanın ən qoca milyarderi, böyük Devid Rokfeller vəfat edib.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, biznesmen 101 yaşında Nyu Yorkdakı evində ölüb. Devid Rokfeller Standard Oil şirkətinin qurucusu, Amerikanın ilk milyarderi Con Rokfellerin sonuncu nəvəsi idi.Devid Rokfeller martın 20-də Pokantiko-Hillzdəki evində həyata əlvida edib. İki ay yarım sonra onun 102 yaşı tamam olacaqdı.
20 mart 2017-ci ildə Forbes-in açıqladığı milyarderlərin reytinq cədvəlində Rokfeller 3,3 milyard dollar vəsaiti ilə 581-ci yerdə qərarlaşıb. Forbes-in siyahısında onun adı Yer kürəsində yaşayan ən qoca milyarder kimi qeyd olunub.
Devid Rokfeller 2010-cu ildə dünyanın ən varlı insanları olan Bill Qeyts və Uorren Baffet tərəfindən təşkil edilən The Giving Pledge ("Bağışlama andı”) xeyriyyə kampaniyasında iştirak edib. Bu kampaniyanın üzvləri öz vəsaitlərinin 50%-dən az olmayan hissəsini xeyriyyə işinə bəxş ediblər.
Bu proqrama qoşulana qədər Rokfeller dəfələrlə xeyriyyə işinə nəhəng bəxşişlər edib. 2005-ci ildə o, Nyu Yorkun müasir incəsənət muzeyinə və Rokfeller Universitetinə 100 milyon dollar bağışlayıb. 2006-cı ildə Rockefeller Brothers Fund xeyriyyə fonduna 225 mln. dollar bağışlayıb. 2008-ci ildə isə 100 mln. vəsaiti Harvard Universitetinə verib. O, həyatı boyu öz vəsaitinin 900 mln. dollarını xeyriyyə işinə sərf edib. 42-CiParalel.Az