• Maraqli
  • 16-02-2017, 19:35
  • 279Oxunub

Uşağın harada olduğunu müəyyən edən “ağıllı” saat yaradıldı

{title

 

Çinin "Xiaomi” şirkəti uşaqları olan valideynləri öz yeni tərtibatı ilə xüsusi olaraq sevindirib

 

42-CiParalel.Az məlumatına görə, valideynlərə uşağının yerləşdiyi yeri müəyyən etməyə kömək edəcək "Xiaomi Child Wristwatch” "ağıllı” saatları istehsal edilib.
 
Yeni cihaz uşaq üçün də əvəzolunmaz əşya olacaq. Onlar bunu adi cihaz kimi istifadə edə biləcəklər və bununla da valideynlər rahat olacaq. Çünki uşaqlarının harada olduğu barədə məlumatlı olacaqlar. 
 
"Xiaomi Child Wristwatch” kifayət qədər uzun müddət doldurulmaya ehtiyac olmayan 1,44 düym displeyli prosessora malikdir. Həmçinin smart-saata fasiləsiz 4 sutka işləmək imkanı verəcək 420 mA/saatlıq akkumulyatoru mövcuddur. Saat xüsusi zərbəyə davamlılığı və su keçirməmək xüsusiyyəti ilə fərqlənir. Onun silikon kəməri də var ki, arzu olunan vaxt dəyişmək mümkündür.
 
Smart-saatın əsas xüsusiyyəti isə izləmə qurğusunun olması qalır. Nə qədər ki, uşaq əlindən saatı çıxarmayıb, valideynlər onun harada olduğunu müəyyən edə biləcəklər. Böyüklər interaktiv xəritədə uşaqlarının təhlükəsiz yerdə olduğunu qeyd edə bilirlər. Əgər smart-saatın sahibi qeydə alınmış zonanın çərçivəsindən çıxırsa, valideynlər bu barədə müvafiq siqnal alırlar.