• Maraqli
  • 14-02-2017, 17:27
  • 567Oxunub

Aslan Aslanov Məhəmməd oğlu

{title

Aslan Məhəmməd oğlu Aslanov 20 avqust 1926-cı ildə Ağstafa şəhərində anadan olmuşdur.

A.Aslanov 1945-1950-ci illərdə S.M.Kirov adma Azərbaycan Dövlət Univer­sitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini Fəlsəfə ixtisası üzrə bitirmişdir. O, 1959-cu ildə fəlsəfə doktoru, 1974-cü ildə elmlər doktoru elmi dərəcəsini almış, 1976-cı ildə isə professor elmi adma layiq görülmüşdür.

A.Aslanov 1961-ci ildən 1977-ci ilədək Azərbaycan Dövlət Universitetinin Es­tetika və etika kafedrasının müdiri olmuşdur. 1977-ci ildən 1987-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru olmuşdur.

A.Aslanov 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

1987-ci ilin martında Azərbaycan Elmlər Akademiyasının Tarix, İqtisadiy­yat, Fəlsəfə və Hüquq Bölməsinin akademik-katibi vəzifəsinə təyin olunan A.Aslanov 1995-ci ilədək bu vəzifəni icra etmişdir. O, həm də 1990-1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktoru olmuşdur.

AAslanov Qərb fəlsəfi-estetik fikrinin məsələlərini tədqiq etmiş, milli mədə­niyyətlərin qarşılıqlı zənginləşməsi təsirinin fəal tərbiyəvi mahiyyətinin estetik aspektlərini araşdırmışdır. 0, Aristotelin "Poetika"sını və Didronun "Qardaşım oğlu Ramo" əsərini, C.Bayronun "Gavur", A-Tvardovskinin "Vasiliy Tyorkin” poemalarını Azərbaycan dilinə tərcümə etmişdir. "Səni düşünürəm" (1957), "Qızlar və bənövşələr” (1961), "Nəğməli günlərim" (1985) şeir kitablarının müəllifidir.

A.Aslanov 1968-ci ildə İsveçdə keçirilən Estetika üzrə VI Beynəlxalq Konqre­sin iştirakçısı olmuşdur. Bundan başqa, 1970-ci ildə Berlində keçirilmiş VII Beynəlxalq Hegel yubiley Konqresində və 1972-ci ildə Buxarestdə Estetika üzrə VIII Beynəlxalq Konqresdə çox maraqlı məruzələrlə çıxış etmişdir. A.Aslanovun elmi kadrların hazırlanmasında da böyük xidmətləri olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Aslan Aslanov 1995-ci ildə Bakı şəhərində vəfat etmişdir. 42-CiParalel.Az