İt sahibəsini güllələdi

Amerika Birləşmiş Ştatlarının İndiana ştatında bədbəxt hadisə qeydə alınıb.
"Trigger" adlı labrador cinsli it öz sahibəsini güllələyib. Elli Karter adlı 25 yaşlı xanım öz itini ov mərkəzlərindən birinə aparır. Tüfəngi hazır vəziyyətdə masanın üstündə unudan xanımın iti təsadüfən tüfəngin üzərinə çıxır və bu an atəş açılır.
Xanım ayağında güllə yarası ilə xəstəxanaya çatdırılır. Araşdırmalar nəticəsində məlum olub ki, bu iti ov mərkəzinə gətirmək qadağan imiş.