Bu şokolad ərimir

İsveçrə şirkəti 55 dərəcə istidə əriməyən şokolad istehsal edib.
İsveçrə alimləri əriməyən şokolad hazırlayıblar. 42-ciparalel.az-ın məlumatına görə, "Barry Callebaut" şirkətinin istehsal etdiyi şokolad 38 dərəcə istidə belə ərimir.
Şirkət nümayəndəsi istehsal etdikləri şokoladı isti iqlimi olan ölkələrdə də satmaq üçün belə bir addım atdıqlarını deyib. "Əgər biz şokoladı Çin və ya Hindistanda da satmaq istəyiriksə, onda nəyisə dəyişmək lazımdır", - deyə şirkətin elmi araşdırmalar mərkəzinin rəhbəri Frederik Dipayper fikrini izah edib.
İstehsalçılar üçün isə bu məsələdə ən çətin iş şokoladın fiziki xüsusiyyətlərini dəyişərək onun əvvəlki dadını saxlamaq idi ki, onlar da bunun öhdəsindən gələ biliblər. Şirkət yeni məhsulunu Sakit okean ətrafındakı Asiya ölkələrində, Latın Amerikası, Yaxın Şərq və Afrika ölkələrində satmağı planlaşdırır.
Qeyd edək ki, "Bloomberg" İsveçrə şirkətinin 55 dərəcə istidə də əriməyən şokolad istehsal etdiyini bildirib. Lakin onun dadı istehsalçıları qane etmədiyindən həmin şokoladın istehsalı baş tutmayıb.
42-ciparalel.az