“Skype” qrup zənglərini mobil versiyaya əlavə edəcək

"Microsoft” şirkətinin rəhbərliyi mobil telefon istifadəçiləri üçün "Skype” messencerinə qrup zəngləri funksiyasını əlavə edəcək.
42-ciparalel.az "vistanews.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə "Mashable” portalının səhifəsində xəbər dərc edilib.
Korporativ video zənglər funksiyası iOS, "Android” və "Windows 10” mobil cihazlarda işləyəcək.
"Microsoft” şirkətinin mətbuat xidməti bildirib ki, yenilənmə növbəti bir neçə həftə ərzində, messencerin 10 illiyi qeyd olunan zaman həyata keçəcək. Bu yenilənmə sayəsində istifadəçilər eyni anda 25 müsahiblə ünsiyyətə daxil ola biləcəklər. Bundan əvvəlki versiya yalnız korporativ və biznes müştərilər üçün əlçatan idi. Sıravi istifadəçilər üçün isə adi qrup halında olan video zənglər etmək mümkün idi.
Hazırda "Skype” messencerinin rəsmi saytında yenilənmə məqsədilə qeydiyyatdan keçən istifadəçilər mobil cihazlar üçün nəzərdə tutulan beta-versiyanı əldə edə bilərlər. Ancaq bununla belə, yenilənmənin istifadəyə veriləcəyi vaxt naməlum qalıb. Onun rəqibi olan "Facebook Messenger” və "FaceTime”ın proqramları üçün belə bir funksiya nəzərdə tutulmayıb.
42-ciparalel.az