• Maraqli
  • 13-01-2016, 15:52
  • 305Oxunub

Qışda dərimizi necə qoruyaq? (FOTO)

{title

Soyuq havada dəri xüsusi qulluq tələb edir.
 
Dərinin gözəlliyini hər fəsildə qorumaq lazımdır. Amma qışda - şaxtalı soyuq havalarda bu xüsusi diqqət tələb edir. 

Yay günəşinin altında çox qalmağın dəri üçün təhlükəli olduğu kimi qışda da soyuq hava fəsadlara yol aça bilər. ANS PRESS qışda da gözəl və hamar dəriyə sahib olmağın 12 yolunu oxucularına təqdim edir.

Mövsümə uyğun qulluq 

Payız və qış aylarında dəriyə qulluq məqsədi ilə aldığınız kremlərin istifadə qaydalarına diqqət edin. Paltarları fəslə uyğun neçə seçirsinizsə kremləri də elə seçin. 

 
Qışda dərimizi necə qoruyaq? (FOTO)
 
 Bir krem azdır

Yaz-yay aylarında sadəcə bir krem kifayət edir. Qışda isə məsələn həm nəmləndirici, həm də qidalandırıcı kremlər alın və istifadəedin. 
 
Qışda dərimizi necə qoruyaq? (FOTO)
 
Əlləri unutmayın

Əlləri insanın yaşını ələ verən ilk yoldur. Üzünüz, saçınız, formanızı qoruyaraq gənc görünmək istəyirsinizsə, əllərə qulluğu unutmayın. Ancaq əl kremi ilə kifayətlənməyin. Soyuq havada çölə əlcəksiz çıxmayın. Kremdən ev şəraitində də istifadə mütləqdir. 
 
Qışda dərimizi necə qoruyaq? (FOTO)
 
Ətiri bədənə yox, geyimə vurun

Dermatoloqlar qışda ətirdən çox istifadə etməməyi məsləhət görürlər. Çünki qalın paltarda onun tərkibindəki spirt sovrulmur və dərini qurudur. Ətirdən ümumiyyətlə istifadəni dayandırmaq mümkün deyil. Ona görə də, onu geyimə vurun. 
 
Qışda dərimizi necə qoruyaq? (FOTO)
 
Dərini nəmləndirin

Əgər dəriniz qurudursə qış aylarında tərkibində spirt olan toniklərdən istifadə etməyin. 20 yaşından sonra göz ətraflarına xüsusi serum kimi dermokosmetik məhsullardan istifadə edə bilərsiniz. Qışda dərimizi necə qoruyaq? (FOTO)
 
Qışda dərimizi necə qoruyaq? (FOTO)
 
Təmizliyə diqqət edin

Dərinizdə yaranacaq codluq və dəridə yaranacaq çatların yaranmaması üçün qış aylarında duşdan daha çox istifadə edin. Duşdan sonra nəmləndirici kremlərdən istifadə etməyi unutmayın. 
 
Qışda dərimizi necə qoruyaq? (FOTO)
 
Qış aylarında duş geli əvəzinə duş kremi ya da duş yağı istifadə edilməsi məsləhət görülür.
 
Pilinq zamanı

Plinq üçün ən yaxşı vaxt qış aylarıdır. Dərinin gözəlliyi üçün ölü hüceyrələrin təmizlənməsi şərtdir. 
 
Qışda dərimizi necə qoruyaq? (FOTO)
 
Bol su və Omega-3 qəbul edin

Bol su içmək ancaq yay aylarında deyil bütün fəsillərdə lazımdır. Soyuq havada susuzluq hiss edilməsə də dərinin nəmliyə ehtiyacı var. 
 
Qışda dərimizi necə qoruyaq? (FOTO)
 
Dodaqlarınızı qoruyun

Havanın soyuq və şaxtalı olması ilə əlaqədar olaraq dodaqlarımızda çatlar yaranır. Dodaqlarınıza yatmamışdan qabaq, xüsusi nəmləndirici dodaq kremindən istifadə edə bilərsiniz. 
 
Qışda dərimizi necə qoruyaq? (FOTO)
 
Ayaqlara xüsusi diqqət edin

Qışda ayaqlarım onsuzda görünmür deyərək onları qulluqdan məhrum etməyin. Hər duşdan sonra ayaqlarınıza mütləq nəmləndirici losyon sürtün. Xüsusilə tərkibində qliserin olan kremləri seçin. 
 
Qışda dərimizi necə qoruyaq? (FOTO)
 
 
42-ciparalel.az