18 yaşlı rəssam qızın yaratdığı sehirli libaslar – FOTO

Onun yaratdığı paltarları görəndə heyrətlənməmək mümkün deyil. 42-ciparalel.az AdMe.ru-ya istinadən Lonq-aylenddən olan kostyumlar üzrə gənc rəssam Anjela Kleytonun yaratdığı paltarların fotolarını təqdim edir.
Tikmə və biçmənin sirlərini Anjela özü təkbaşına öyrənib.
"Mən tikişdə sərbəstliyə, tarixi libasların üzərində işləyərkən xırda detallara üstünlük verirəm”, - rəssam bildirib.
Anjelanın YouTube-da öz kanalı da var, orada rəssam tədris xarakterli çarxlar yerləşdirir.
Sindrellanın paltarı
Bu paltarın hazırlanmasına qız 250 saat vaxt sərf edib, bu müddətin 170 saatı paltarın bəzədilməsi üçün istifadə edilib.
Bu paltarı hazırlayarkən isə Anjela Marchesa brendinin moda göstərisini özünə rəhbər tutub.
"Mən 1620-30-cu illərin ingilis modasını və 1860-cı illərin sadə libaslarını sevirəm. Mən hər zaman Renesans dövrünə qayıdıram. Çünki bu dövr müxtəlif obrazlar ilə zəngindir”, - Anjela deyib
42-ciparalel.az