“Elə hey yatmaq istəyirəm”, - deyənlər, qış depressiyasından belə qurtulun

"Heç nəyə enerjim yoxdur, elə hey yatmaq istəyirəm”, ya da " Özümü yaxşı hiss etmirəm” deyirsinizsə, deməli, "qış sindromu” adlanan qış depressiyasından əziyyət çəkirsiniz.
Yayda hər şey mükəmməl idi, deyilmi? Isti hava, dəniz, hovuz, açıq havada gəzintilər... Ancaq bu aralar qış özünü göstərdiyi üçün açıq havadansa evdə isti sobanın yanında oturmaqdan başqa şansımız yoxdur.
Qışda ediləcək işlər bir az azaldığından ruh halı bundan mənfi təsir görür.
Neqativlik, çəkingənlik, tənbəllik və istəksizlik bu mənfi təsirlərin ən başında gəlir. Sizi ağır hiss etdirəcək bu mənfi duyğuların öhdəsindən gəlib qış sindromunu rahat ötürmək üçün 42-ciparalel.az bu məsləhətlərinə əməl edin.
Yuxu saatlarına diqqət edin.
Müntəzəm idman edib sağlam həyat tərzini mənimsəmiş şəxslər yuxu normasının nə qədər faydalı olduğunu yaxşı bilir. Odur ki, bir daha yuxunun fiziki və psixoloji olaraq mühüm olduğunu xatırlatmaq istəyərik. Qış mövsümünün gəlişi ilə ağırlaşan və tənbəlləşən bədəniniz, qərarsız davranmağa başlayan xarakteriniz sizi xoşbəxt etməyə bilər. Özünüzü daha enerjili, yüngül və yüksək əhvalda hiss etmək üçün yuxu normasına daha çox diqqət edin.
Qış depressiyasının öhdəsindən gələ bilmək üçün gündə 6, ya 8 saat yatmanız məsləhətdir. Vaxtında yatıb, vaxtında durun, hər gün eyni yuxu saatına sadiq qalın. Keyfiyyətli yuxu üçün yatmadan bir saat əvvəl çobanyastığı, ya da melisa çayı için. Gün içində içdiyiniz qəhvə sayı ikini keçməsin. Boynunuz üçün ən doğru yastığı seçin. İşıqları azaldın. Telefonu yatağın içinə salmayın. Gün boyu çoxlu hərəkət edin.
Yeni bir iş nizamı
Yer dəyişdirməyə, ya da olduğunuz məkanda dəyişikliklər etməyə hazır olun. Vərdişlərinizdən, ya da olduğunuz yerdən asanlıqla vaz keçə bilmirsinizsə, ən xırda həmlələrlə işə başlamanız doğru olacaq. Qışın yaratdığı depressiv havanı ortadan qaldırmaq üçün yeni bir şeylər sınamaq lazımdır. Məsələn, ofisdəki masanızın üzərini fərqli edin. Evdə çox yer tutan və istifadəsiz qalan əşyaları çıxarın.
Vitamin və mineral qəbulu.
Qışda ən çox qarşılanan problemlər arasında bədən istiliyini sabit tutmağa çalışmaq yer alır. Bu da xəstəliyə qarşı gəlmək, qripə və soyuqdəyməyə savaş açmaq anlamına gəlir. Çünki soyuq havada bayırda oturduğunuz vaxtdan sonra qapalı bir yerə girirsiniz və sonra yenidən çıxırsınız. Bədən istiliyi sürətli olaraq yeni hava istiliyinə uyğunlaşmaq məcburiyyətində qalır. Və beləcə iş çətinləşir. Bir də tərli halda hərəkət etmiş, ordan-ora qaçmısınızsa, ciddi problemlər ortaya çıxa bilər. Belə halda da xəstəlik adamı yaxalayır. Bu problemin qarşısını ala bilmənin yaxşı yolu da yaxşı qidalanmaqdan, qida dəyəri yüksək, vitamin və minerallarla zəngin qidalar yeməkdir. Qidalanmaqla yanaşı sizə əlavə yardım olacaq vitamin və mineral qəbuluna da başlayın. Bədən olaraq yaxşı hiss etdiyinizdə qışın gətirdiyi qara duyğular da azalacaq.
Planlı və proqramlı olun.
Qış sindromunun yaratdığı heç bir şey etməmək istəyi, bir az tənbəllik və həvəssizlik, sizi etdiyiniz və edəcəyiniz işlərdən soyudur. Ancaq dərhal təslim olmayın və bu problemin öhdəsindən gələ biləcəyinizi hər an özünüzə xatırladın. İlk olaraq özünüzə bir dəftər alın. Bazar günündən yeni həftə üçün plan yaradın. Qış sindromunun öhdəsindən gələ bilmək üçün bazar ertəsindən başlayaraq nələr edə biləcəyinizi dəftərə qeyd edin. Məsələn, bir gün idmana gedə, ikinci gün iş yeməyinə, üçüncü gün dostunuzla görüşə, dördüncü gün piyada gəzintiyə çıxa bilərsiniz və.s.
Qış sindromunu necə anlamaq olar?
Ümumi olaraq özünüzü hər şeydən sıxılmış hiss edirsiniz. Əvvəlcədən sizə xoşbəxtlik verən şeyləri edərkən eyni şeyləri hiss etmirsiniz. Diqqət və marağınızı itirirsiniz. Enerjinizin azaldığını və yorulduğunu hiss edirsiniz. Elə hey yatmaq istəyirsiniz. İştahanız ya artır, ya da azalır. Özünüzü önəmsiz hiss edirsiniz. Cinsi istəyinizin azaldığını görürsünüz. Ölü, intihar kimi qara düşüncələrə qapılırsınız.
Qış depressiyasından qurtulmaq üçün nələr edilə bilər?
Əlinizdən gəldiyincə gəzməyə çıxın. Müntəzəm olaraq idman edin və bol maye qəbul edin. Dostlarınızla görüşün, çox spirtli içki qəbul etməyin. Karbohidratlı, yorğunluq və halsızlıq qatacaq qidaları qəbul etməyin. Yuxunuzu normaya salın. Hər gün ən az 6, ən çox 8 saat yatın. Çoxlu hərəkət edin. Çox uzun müddət oturmaq və yatmaqdan qaçın. Gün içində yatmayın. Sıx-sıx tətilə getməyə çalışın. Günlərlə olmasa belə, həftəsonları bunun üçün yaxın yerləri dəyərləndirin. Əhvalınızı yüksəldəcək insanlarla görüşün. Neqativ enerji yayanlardan uzaq durun.
42-ciparalel.az