Qazax rayonu ərazisində keçirilmiş təcili əməliyyat

{title

Qazax rayonu ərazisində keçirilmiş  təcili əməliyyat

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) 42-Ciparalel.Az verilən məlumata görə,

2018-ci il 25 Dekabr tarixində saat 10:14-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 10:30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində 2 ədəd mərminin olması barədə məlumatlar daxil olub.Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə keçmiş texniki peşə məktəbinin ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 6 kv.m ərazi 1.5 m dərinliyində yeraltı, 50 kv.m ərazi isə yerüstü yoxlanılmış, təhlükəli əşya və qurğu aşkarlanmayıb.Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 25 dekabr 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Füzuli, Tərtər, Tovuz, Qazax, Qax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Xaçmaz, Şəmkir, Salyan, İsmayıllı, Lənkəran, Zaqatala rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 32 ev və həyətyanı sahəyə, 23 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 2 ferma ərazisinə, 19 otlaq sahəsinə, meşə massivinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, yarımstansiyasının yaxınlığına, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 381 km-nə, orta məktəbin və təhsil şöbəsinin zirzəmisinə, Azərbaycan Texnologiya Universitetinin həyətyanı ərazinə, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, hava limanı ərazisinə, Yuxarı Qarabağ kanalına, "ADY Container" MMC-nin inzibati ərazisinə, SHXÇDX-nin anbarına, Qarqar çayına, Araz su nasosu stansiyasının yaxınlığına, beton zavod və bazar ərazisinə baxış keçirilmiş, 5,633 ədəd partlamamış hərbi sursat, 1 ədəd silah, 2 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina, 1 kq civə və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilmiş, 411,218 kv.m ərazi yoxlanılmışdır.