• Manşet
  • 21-12-2018, 12:53
  • 120Oxunub

FHN-dən Yeni illə bağlı əhaliyə MÜRACİƏT

{title

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

42-CiParalel.Az-ın məlumata görə, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

 

evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
ağac tezalışan oyuncaqla bəzədilməməli;
qapalı məkanda atəşfəşanlıq edilməməlidir;
Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

 

 

şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
pəncərədə dəmir barmaqlıq olmamalı;
məkanın iki çıxışı olmalı;
ehtiyat qapı üzərində "Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
otağın qapıları mütləq bayıra açılmalı;
məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
şənlikdə işıq tam söndürülməməli;
şənliyə tezalışan materialdan paltar geyinilməməli;
məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

 

"Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, - deyə müraciətdə vurğulanıb.