• Manşet
  • 19-12-2018, 21:05
  • 122Oxunub

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 23 milyon ayrıldı - Səbəb

{title

 Prezident İlham Əliyev dekabrın 19-da "Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
42-CiParalel.Az xəbər verir ki, Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 23 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.