• Manşet
  • 21-11-2018, 12:45
  • 123Oxunub

Horadiz kəndi ərazisində aparılan əməliyyat

{title

Horadiz kəndi ərazisində aparılan əməliyyat

2018-ci il 20 Noyabr tarixində 1994-cü ildə erməni işğalından azad olunmuş Füzuli rayonunun Horadiz kəndi ərazisinin bir hissəsində Agentlik tərəfindən aparılan minatəmizləmə əməliyyatı zamanı sahədə yerləşən 2 su quyusuna baxış keçirilərkən Agentliyin minaaxtaranları tərəfindən 15 (on beş) ədəd OZM-72 piyada əleyhinə mina (PƏM), 1 (bir) ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı və 1 (bir) ədəd PQ-7 raketinin arxa motor hissəsi aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınmışdır.

 

 

Mina sahəsinin ümumi ölçüsü 303 211 kv.m. təşkil edir. İndiyədək 266 701 kv.metr ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmiş, 3 ədəd partlamamış hərbi sursat (PHS) (2 ədəd 60 mm-lik minaatan mərmi və 1 ədəd PQ-7 raketinin arxa motor hissəsi) və 21 ədəd mina (1 ədəd TM-57 tank əleyhinə mina (TƏM), 1 ədəd TM-62P tank əleyhinə mina (TƏM), 18 ədəd OZM-72 piyada əleyhinə mina (PƏM) və 1 ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı) aşkar olunmuşdur.

 

 

 

Ərazidə minatəmizləmə əməliyyatı davam etdirilir.42-CiParalel.Az

Horadiz kəndi ərazisində aparılan əməliyyat