(PHS) təmizlənməsi əməliyyatları barəd

Əməliyyatlarda 482 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
Agentlik tərəfindən indiyədək cəmi 530,613,274 m² (53.061,33 ha) ərazi təmizlənmiş, 799,643 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.
2018-ci ilin Sentyabr ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) "102” Xidməti-Zəng Mərkəzindən – 13 (on üç) və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 10 (on) müraciət daxil olmuşdur (cəmi: 23 çağırış). Müraciətlər əsasında 32,950 m² (3,3 ha) ərazi təmizlənmiş, 181 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilmişdir.
MİNADAN ZƏRƏRÇƏKƏNLƏR
2018-ci ilin Sentyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmamışdır.