• Manşet
  • 18-07-2018, 01:02
  • 206Oxunub

ANAMA-nın kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

{title

ANAMA-nın kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
İyulun 17-si Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasının 20-ci ildönümüdür. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Agentlik 1998-ci il iyulun 18-də fəaliyyətə başlayıb.

ANAMA-dan42-CiParalel.Az-a bildiriblər ki, bu münasibətlə qurumun direktoru Qəzənfər Əhmədov və Agentliyin məsul əməkdaşları iyulun 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin də məzarları üstünə tər çiçəklər qoyulub.

Sonra ANAMA-nın kollektivi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə güllər düzüb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.