• Manşet
  • 5-04-2018, 20:34
  • 137Oxunub

Ağcabədi rayonu ərazisində keçirilmiş əməliyyat

{title

Ağcabədi rayonu ərazisində keçirilmiş  əməliyyat
 
ANAMA,42-CiParalel.az-a verdiyi məlumzta görə 2018-ci ilin 05 aprel tarixində saat 16:23-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 17:15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində hərbi sursata oxşar əşyanın tapılması barədə məlumatlar daxil olmuşdur.Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmişdir.Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Qarqar çayının içərisinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli tank əleyhinə mina (TM-62M) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.Aşkar olunmuş minanın ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməmişdir.Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 05 aprel 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 10 ev və həyətyanı sahəyə, 4 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 9 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilmiş, 2432 ədəd partlamamış hərbi sursat, 3 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilmiş, 49 315 kv.m ərazi yoxlanılmışdır.