İsrafil Məmmədov erməni idmançısı Aşot Nazaryana qalib gəldi

Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman sahəsi də diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı İlham Əliyevin diqqəti idmançıları yeni qələbələrə səsləyir. İdmançılarımızın qazandıqları medallar, əldə etdikləri nailiyyətlər sayəsində artıq Azərbaycan beynəlxalq miqyasda güclü idman ölkəsi kimi tanınır.

İdmançılarımız dəfələrlə dünya miqyaslı yarışlarda Azərbaycanın üçrəngli bayrağını zirvələrdə dalğalandırıb, Dövlət Himnimizi səsləndiriblər.
Müntəzəm olaraq beynəlxalq arenalarda uğur qazanan idmançılarımızdan biri də İsrafil Məmmədovdur. Əldə etdiyi uğurlarla ölkəmizi layiqincə təmsil edən, dövlətimizə şərəf gətirən, ağır atletika idman növünün üçnövçülük üzrə 39 dəfə Azərbaycan, 4 qat Avropa, 3-qat Avraziya, 9-qat dunya ve dünya kubokun qalibi, ağır atletika, üçnovçülük ve benç-press novləri üzrə, 3-qat idman ve əməkdar ustasi fəxri adlara təltif olunmuşdur. İsrafil Məmmədov bu sahədə özünü təsdiq etmiş fəxri idmançılarımızdandır.

O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində ədliyyə kapitanı vəzifəsində çalışmasına baxmayaraq idmandan heç zaman ayrılmayır. Daim bu sahə ilə məşğul olur, öz üzərində çalışır və Beynəlxalq yarışlara hazırlaşır. Gərgin əməyi nəticəsində hər zaman uğur qazanan respublika birinciləri sırasına yazdırıb.
İsrafil Məmmədov qedim el seneti olan pehlevan senetinin davamcisidi. Fəxri idmançımız müxtəlif tədbirlərdə, el şənliklərində göstərdiyi idman nömrələrinə, çıxışlarına, həmçinin yarışlarda qazandığı nailiyyətlərə görə Azərbaycan Respublikasının Xalq Pəhləvanı adına da layiq görülüb.Eyni zamanda Xalq pehlivan kollektivin rehberidi.
O, Rusiya Federasiyasının Soçi şəhərində keçirilən pauerliftinq və benç-press idman növləri üzrə Avroasiya çempionatında da respublikamızın, adını ucaldıb. İdmançımız bu yarışda 2 qızıl medal qazanıb.

İsrafil Məmmədov daha bir növbəti uğura imza atıb. Belə ki, o,2017-ci il may ayının 7-10 tarixində Naxçıvan Muxtar Respublikasında ağır atletika idman növünün üçnövçülük idmannövü üzrə Ulu Öndər Heydər Əliyevin xatirəsinə keçirilən Beynəlxalq turnirin qalibi və 2017-ci il 5-9 sentyabr tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən yarışda dünya kubokunun qalibi,2018-ci ildə Tbilisi şəhərində keçirilən Ağıratletikanın belç-press idman növü üzrə Avraziya çempionatın qalibi olmuşdur. İdmanın pauerliftinq və benç-press növləri üzrə 140+ kq çəki dərəcəsində yarışan İdmançımız bütün rəqiblərinə qalib gələrək Respublikamızın bayrağını ucaldıb.

Ən əsası isə İsrafil Məmmədov erməni idmançısı Aşot Nazaryana qalib gələrək Vətənə idman sahəsində öz borcunu layiqincə yerinə yetirib.
Bütün idmansevərlər adından İsrafil Məmmədova bundan sonra iştirak etdiyi yarışlarda da yüksək nəticələr əldə etməsini arzu edirik.

42-CiParaqlel.az