Tərtər rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat keçirildi

42-CiParalel.az-a ANAMA-dan verilən məlumata görə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Xoruzlu kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olmuşdur.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmişdir.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə su arxının yaxınlığına baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Aşkar olunmuş minaatan mərmisinin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməmişdir.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 25 fevral 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Xızı, Şəmkir, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 5 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, beton zavod və bazar ərazisinə baxış keçirilmiş, 1 070 ədəd partlamamış hərbi sursat, 1 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 24 865 kv.m ərazi yoxlanılmışdır.