Xızı rayonunda baş vermiş partlayış

{title

ANAMA 42-CiParalel.az-a verilən məlumata görə Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə keçirdiyi təmizləmə əməliyyatları barədə:

 

 

29 Yanvar 2018-ci il tarixində partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 12 ədəd partlamamış hərbi sursat (PHS), 66 ədəd partlamış-yanmış mərmi qalıqları və 137 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 965 000 kv.m (96.50 ha) ərazi yoxlanılmışdır.Xızı rayonunda baş vermiş partlayış

 

 

Ümumiyyətlə, 120 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilmiş, 25 626 ədəd partlamamış hərbi sursat (PHS), 19 194 ədəd partlamış-yanmış sursat qalıqları və 103 156 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 93 790 706 kv.m (9 379 ha) ərazi yoxlanılmışdır.

 

 

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.