• Manşet
  • 30-01-2018, 13:38
  • 156Oxunub

Rusiya Ermənistana tank əleyhinə raket kompleksləri satdı

{title

 

Yanvarın 28-də Ordu Günü münasibətilə Gümrüdə təşkil olunan Ermənistan Silahlı Qüvvələrinə aid texniki və silahların nümayişi zamanı ilk dəfə olaraq, Rusiya istehsalı olan 9К129 "Kornet-E” tank əleyhinə raket kompleksləri (TƏRK) ictimaiyyətə təqdim olunub.

42-CiParalel.az REGNUM-a istinadən xəbər verir ki, "Kornet-E” kompleksləri Rusiya tərəfindən təchiz olunub. 

Məlumata görə, tank əleyhinə raket kompleksi Moskvanın 26 iyun 2015-ci il tarixli ikitərəfli müqavilə əsasında Rusiya silah və hərbi texnikasının alınması məqsədilə ayırdığı 200 milyon dollar məbləğində ixrac krediti hesabına alınıb.

Qeyd edək ki, Azərbaycan müqavilə əsasında  2008-ci ildə 100 ədəddən ibarət "Kornet-E” TƏRK partiyasını əldə edib.

"Kornet-E” TƏR komplekslərinin əsas təyinatı   tanklar və digər zirehli hədəfləri, o cümlədən müasir dinamik müdafiə vasitələri ilə təchiz olunmuşa hərbi texnikanı məhv etməkdir. "Kornet” TƏR kompleksləri  "atəş açdım və unutdum” konsepsiyasını gerçəkləşdirir; yəni  nişanda olan hədəfin fiksasiyasi və müşayiəti texnologiyası hesabına raket hədəfi təqib edir.

Əsas şərt hədəfin raket dəyənə qədər kompleksin görmə hüdudlarında olmasıdır.  Atəş məsafəsi 100-5500m təşkil edir. Raketin zirehi dəlmə gücü isə:  1200-1300 mm DZ təşkil edir.