• Manşet
  • 26-12-2017, 12:31
  • 301Oxunub

Fazil Məmmədovun yeznəsi işdən çıxarıldı

{title

Keçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsi işdən çıxarılıb.

42-CIParalel.az xəbər verir ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ötən həftə vəzifəsindən kənarlaşdırılıb.

Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.