• Manşet
  • 21-12-2017, 10:10
  • 144Oxunub

Müxalifətçilər Gürcüstanın baş nazirini özündən çıxartdılar

{title

 
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və Nazirlər Kabinetinin üzvlərinin parlamentdə müxalifət yönümlü "Vahid Milli Hərəkat” partiyasının nümayəndələri ilə görüşü qalmaqalla başa çatıb.
42-CiParalel.az "Sputnik Georgia” nəşrinə istinadən məlumatına görə, deputatlar baş naziri tənqid ediblər və onun çıxışı zamanı dəfələrlə sözünü kəsiblər.

Kvikiraşvili isə öz növbəsində müxalifətçiləri yalan danışmaqda ittiham edib.

"Siz hakimiyyətə gələndən sonra ölkənin vəziyyətinə baxın. Bundan sonra nə isə deməyə ixtiyarınız yoxdur. Siz necə baş nazirsiz: Sizdən heç vaxt heç nə soruşmayıblar və soruşmayacaqlar”, - deputat Meliya baş nazirə deyib.

Bundan sonra Kvirikaşvili parlamenti tərk etmək qərarına gəlib. Lakin yarı yolda dayanaraq Meliyaya yaxınlaşıb. Siyasətçilər bir-birlərini nalayiq ifadələrlə təhqir ediblər.

Daha sonra isə baş nazir və Nazirlər Kabinetinin üzvləri zalı tərk ediblər.