• Manşet
  • 24-11-2017, 23:05
  • 872Oxunub

Arzu Rəhimov Əli Həsənovun nəvəsini əsgərlikdən yayındırıb

{title

Baş nazirin müavini və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev əsgərliyə getməyibmiş

 

"Gelandevagen” markalı avtomobil ilə törətdiyi yol qəzasında iki nəfərin öldürən komitə sədrinin nəvəsi hərbi xidmətdən yayınıb.

Hazırda həbsdə olan N.Allahverdiyev əsgərliyə getmədiyini özü də məhkəmədə təsdiqləyib. Bu xəbəri axar.az yazıb: "1994-cü ildə Sumqayıtda anadan olmuşam. Subayam, hərbi xidmətdə olmamışam”.

Nailin 23 yaşı olsa da, əsgərliyə getməməsinin səbəbi xidmətə yararsız olması haqda saxta hərbi bilet alması olub.

"Qaçqınkom” sədri məmurlara övladlarının cəmiyyətə nümunə olmasını tövsiyə edirdi. Məcburi köçkünlərlə iş üzrə bir qurumun rəhbərinin nəvəsi isə hərbi xidmətdən yayınıb.

İddialara görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun göstərişi ilə Sumqayıt komissarlığından N.Allahverdiyevə "niqodnıy” bilet verilib.Hər halda əsgərlikdə olmadığını komitə sədrinin nəvəsi özü etiraf edib.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş Türkiyə vətəndaşları və onların nümayəndələri prosesdə iştirak etməyib.

Mərhum Mehdi Əliyevin həyat yoldaşı Ülviyyə Əliyeva və mərhum Vaqif Əsədovun oğlu Ramiz Əsədov iş üzrə hüquqi varis qismində tanınıb.

Digər iki zərərçəkmiş – Adil Ocaqverdiyev və Rauf Səmədov da işə cəlb olunub. Prokuror Ramin Nağdəliyev cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.

Məhkəmə baxışı dekabrın 1-nə təyin edilib. N.Allahverdiyevin idarə etdiyi "Gelandevagen” markalı avtomobil Mirməhəmməd İsmayılovun sürdüyü 99 FS 777 dövlət nömrə nişanlı "Mazda” avtomobil ilə yarışırmış.

Avtoxuliqanlıqda günahlandırılan Mirməhəmməd İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Nail Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət Məcəlləsinə ediləcək dəyişikliklə bağlı Milli Məclisin təsdiqlədiyi layihə Ə.Həsənovun nəvəsi N.Allahverdiyevin işini yüngülləşdirə bilər.-

Qanun layihəsi zərərçəkmiş tərəflə barışıq əldə olunursa, təqsirləndirilən şəxsin şərti azadlığa buraxılmasını nəzərdə tutur. (azeuronews.com)

 42-CiParalel.az