• Manşet
  • 24-11-2017, 09:37
  • 129Oxunub

Türkiyə 22 ölkəyə ekstradisiya ilə bağlı sorğu göndərəcək

{title

 

FETÖ terror təşkilatının üzvlərinin işlərini araşdıran Ankara məhkəməsi Türkiyənin Ədliyyə Nazirliyinə müraciət edərək FETÖ rəhbərliyində təmsil olunan 45 şəxsin 22 ölkədən  ekstradisiyasına dair sorğu hazırlamağı tələb edib.   

42-Ciparalel.az  APA-ya istinadən verdiyi xəbərə görə, sorğuların əksəriyyəti (FETÖ rəhbəri Fətullah Gülən daxil olmaqla, 15 nəfərə dair) ABŞ-a göndəriləcək.  Sorğuların göndəriləcəyi ölkələr siyahısında həmçinin Böyük Britaniya, Almaniya, Belçika, Norveç, Niderland, Malta, Albaniya, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, İsrail, Kambodja, Tailand, BƏƏ, Madaqaskar, Mozambik, Toqo, Mərkəzi Afrika Respublikası, Misir və Burkina Faso yer alıb.   

Şübhəli şəxslərdən 3 nəfər barəsində sorğu eyni vaxtda bir neçə ölkəyə göndəriləcək.  

Ekstradisiyası tələb edilən FETÖ liderlərinin siyahısında isə Qazaxıstanda fəaliyyət göstərən Mustafa Ocalan  ("İmam Balkan”), Norveçdə Suleyman Uysal ("İmam FETÖ”), Niderlanda "imam” Nejdət Başaran,  Mərkəzi Afrika Respublikasında FETÖ Məşvərət Komitəsinin üzvü Naci Tosun və digərləri yer alıb.