• Manşet
  • 15-11-2017, 12:28
  • 151Oxunub

Zimbabvenin prezidenti ev dustağı oldu

{title

 

Zimbabvenin prezidenti Robert Muqabe və ailəsi ev dustağı olublar.

42-CiParalel.az-ın  məlumatına əsasən, bu barədə News 24 xəbər verir.

Agentlik bildirir ki, ölkənin 93 yaşlı lideri istefa verməyə hazırlaşır.



Zimbabvedə hərbçilər ölkədə fərqli şəraitin yarandığını bildiriblər.

 42-CiParalel.az-ın  xəbər verir ki, bu barədə "The New York Times” məlumat yayıb.

Hərbçilər bildiriblər ki, Zimbabve prezidenti Robert Muqabenin məsuliyyətini üzərlərinə götürüblər.

Qəzetin yazdığına görə, ZVS dövlət televiziyası tutulduqdan sonra hərbi geyimli iki zabit ölkədə hərbçilərin hakimiyyəti ələ keçirdikləri haqqında xəbərləri təkzib edib: "Robert Muqabe və ailəsi etibarlı, təhlükəsiz yerdədir. Onların təhlükəsizliyi təmin edilib”.

"Hədəfimiz prezidentin ətrafındakı cinayətkarları təmizləməkdir. Onların törətdikləri cinayətlər ölkədə iqtisadi və sosial sahələrdə zülm yaradıb. Biz onların məsuliyyətə cəlb edilməsinin istəyirik. İstənilən təxribat cəzasız qalmayacaq”, - Zimbabve Silahlı Qüvvələri Qərargahının rəisi general-mayor S.B.Moyo vurğulayıb.

Bir müddət əvvəl Zimbabvenin küçələrində hərbi maşınlar və silahlı əsgərlərin görünməsi, onların yoldan keçə sakinlərə hücum etməsi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Zimbabve prezidenti Robert Qabriel Muqabe 1924-cü il fevralın 21-də anadan olub. 93 yaşlı Muqabe 1980-ci ildən Zimbabvenin rəhbəridir. 

***


Zimbabve prezidenti Muqabinin iqamətgahı yanında atışma başlayıb.

42-CiParalel.az-ın  istinadla xəbər verir ki, hərbçilər paytaxtın çıxış yollarını bağlayıblar.

Paytaxt Hararedə azı üç partlayış olub. Şəhərin küçələrində hərbi maşınlar var və silahlı əsgərlər ətrafdan keçənlərə hücum edirlər.

Əsgərlər "ZBC" milli teleşirkətinin mənzil qərargahını ələ keçiriblər.