Tanınmış vəkil fəxri ada layiq görüldü

Tanınmış vəkil Pərviz Ələkbərov fəxri ada layiq görülüb.
42-CiParalel.az xəbər verir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 06 oktyabr 2017-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının "Fəxri Hüquq Doktoru” adı verilib.
P.Ələkbərov uzun illər səmərəli fəaliyyəti və Vəkillər Kollegiyasının ictimai həyatında fəal iştirakına görə bu ada layiq görülüb.
Sözügedən sənədi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr əvəzi Fərhad Nəcəfov imzalayıb.
"Bu ada layiq görüldüyüm üçün Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvlərinə və həmkarlarıma təşəkkürümü bildirirəm. Mənə müraciət edən vətəndaşlara hər zaman yüksək keyfiyyətli hüquqi yardım göstərməyə, məsləhət verməyə çalışmışam”, - deyə o təəssüratlarını bölüşüb.
Qeyd edək ki, P.Ələkbərov 1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Vəkillik fəaliyyətinə 1996-cı ildən başlayan P.Ələkbərov hazırda Bakı şəhəri 13 saylı hüquq məsləhətxanasının vəkilidir.